"Cookie" siyasəti

AŞAĞIYA ÇEVİRİN

Razılıq

Siz bu veb-saytdan (carlsberg.com) istifadə etməklə bu "Cookie" siyasətinə uyğun olaraq "cookie"lərdən istifadə edilməsinə razılıq vermiş olursunuz. Siz veb-sayta ilk dəfə daxil olan zaman bununla bağlı ekranda dialoq pəncərəsinin peyda olduğunu görəcəksiniz. Sonrakı dəfələrdə bu pəncərə tez-tez peyda olmasa da, siz istənilən zaman aşağıdakı təlimatlara əməl edərək razılığı ləğv edə bilərsiniz.

"Cookie"lərin deaktiv edilməsi

Əgər veb-saytda "cookie"lərdən istifadə edilməsindən narazısınızsa, brauzeriniz üçün burada müəyyən edilmiş təlimatlara əməl edərək onları deaktiv etməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, "cookie"lər deaktiv edilərsə, veb-saytdan və veb-saytda göstərilən xidmətlərdən tam istifadə etmək mümkün olmayacaqdır.

"Cookie"ləri quraşdıran qurumun öz "cookie"ləri üçün avtomatlaşdırılmış deaktivasiya alətini təmin etdiyi təqdirdə biz həmin qurumun adının aşağısında "cookie"lərin kateqoriyasını və avtomatlaşdırılmış deaktivasiya alətinin linkini təqdim edirik. Bütün digər hallarda onları asanlıqla müəyyən edərək brauzerinizin tənzimləmələrindən deaktiv edə bilməyiniz üçün "cookie"lərin adlarını və mənbəyini bu "cookie" siyasətinin qəbul edildiyi tarixdə sadalayırıq.

Bəzi brauzerlər internetdən istifadə fəaliyyətinizin izlənilməsini istəmədiyinizi bildirməyiniz üçün sizə şərait yaradır. İzləmə funksiyasının deaktiv edilməsi nəticəsində veb-saytdan və veb-saytda göstərilən xidmətlərdən tam istifadə etmək mümkün olmaya bilər.

İlk dəfə veb-sayta daxil olduqdan sonra biz istifadə etdiyimiz "cookie"ləri dəyişdirə bilərik. Bu "cookie" siyasəti hər zaman "cookie"lərin kim tərəfindən və hansı məqsədlərlə yerləşdirildiyini bilməyinizə imkan verəcək, onların deaktiv edilməsi üçün vasitələri təmin edəcəkdir. Buna görə siz onları vaxtaşırı olaraq yoxlamalıdır.

"Cookie" nədir?

"Cookie"lər veb-sayta daxil olduğunuz zaman cihazınıza yüklənən kiçik həcmli məlumatı ehtiva edən mətn formatlı fayllardır. Sonrakı dəfələrdə həmin domenə daxil olduğunuz zaman "cookie"lər ilkin veb domenə geri göndərilir. Əksər vep səhifələr bir neçə veb domenin elementlərini ehtiva edir, buna görə veb-sayta daxil olduğunuz zaman brauzerinizə bir neçə mənbədən "cookie" daxil olur.

Veb-saytın istifadəçinin cihazını tanımasına imkan verdiyi üçün "cookie"lər böyük əhəmiyyət daşıyır. "Cookie"lər səhifələr arasında səmərəli şəkildə keçid etməyinizə kömək edir, seçimlərinizi xatırlayır və ümumilikdə, istifadəçinin təcrübəsini yaxşılaşdırır. Onlardan həmçinin veb-saytlardan istifadə fəaliyyətinizin izlənilməsi vasitəsilə maraqlarınıza uyğun reklamların seçilməsi üçün istifadə olunur.

Öz brauzerinizi bağladığınız zaman sessiyanın "cookie"ləri avtomatik olaraq silinir, ancaq daimi "cookie"lər brauzer bağlandıqdan sonra da cihazınızda qalır (məsələn, veb-sayta qayıdan zaman sizin seçimlərinizi xatırlamaq üçün).

"Carlsberg" hansı növ "cookie"lərdən istifadə edir?

Biz "Carlsberg", onun törəmələri və podratçıları tərəfindən istifadə olunan "cookie"lərin kateqoriyalarını aşağıda təsvir etmişik.

Böyük əhəmiyyətə malik "cookie"lər

Bu "cookie"lər veb-saytda dolaşmaq və onun imkanlarından yararlanmağınız üçün şərait yaradır. Bu "cookie"lər olmazsa, tələb etdiyiniz xidmətlər (məsələn, səhifələr arasında keçid etmək, alış-veriş səbətindən istifadə etmək və ya e-faktura xidmətləri) göstərilə bilməz.

Veb-sayt hazırda böyük əhəmiyyətə malik olan aşağıdakı "cookie"lərdən istifadə edir:

"Cookie"nin adı Mənbə Məqsəd Əlavə məlumat
ageGateCheck Age gate Bu veb-saytın hər bir səhifəsi istifadəçinin müvafiq yaş həddinə çatdığını sübut etməsini tələb edən "age gate" dialoq pəncərəsi vasitəsilə müdafiə olunur. Bu "cookie" sonrakı dəfələrdə səhifəyə daxil olan zaman yaş həddinin sübut edilməsinin tələb olunmaması üçün daxil edilmiş məlumatları yadda saxlayır. İnternetdən istifadə sessiyası sona çatan zaman

 

Səmərəlilik "cookie"ləri

Biz ziyarətçilərin veb-saytımızdan necə istifadə etdiklərini təhlil etmək və veb-saytın səmərəliliyinə nəzarət etmək üçün analitik "cookie"lərdən istifadə edirik. Bu, bizə təkliflərimizin istifadəçinin seçimlərinə uyğunlaşdırılması, o cümlədən ortaya çıxan hər hansı problemin tez bir zamanda müəyyən edilərək aradan qaldırılması yolu ilə yüksək keyfiyyətli xidmət göstərmək imkanı verir. Məsələn, biz səmərəlilik "cookie"lərindən hansı səhifələrdən ən çox istifadə olunduğunu, səhifələrin əlaqələndirilməsi üçün hansı üsulun ən səmərəli olduğunu və bəzi səhifələrdə nəyə görə xəta mesajlarının peyda olduğunu müəyyən etmək üçün istifadə edə bilərik. Biz həmçinin bu "cookie"lərdən veb-saytdan istifadə təcrübəniz əsasında maraqlarınıza uyğun olacağını düşündüyümüz məqalə və ya xidmətləri vurğulamaq üçün istifadə edə bilərik. Bu "cookie"lərin topladığı məlumatlar bizim və ya podratçılarımız tərəfindən şəxsi məlumatlarınızla əlaqələndirilmir.

Veb-sayt hazırda aşağıdakı nalitik "cookie"lərdən istifadə edir:

"Cookie"nin adı Mənbə Məqsəd Müddət Əlavə məlumat
ARRAffinity Age gate Bu veb-sayt bəzən bir neçə serverə yayılan "Azure" buluduna əsaslanır. Bu "cookie" sessiya zamanı göndərdiyiniz bütün sorğuların eyni serverə paylanmasını təmin edir. İnternetdən istifadə sessiyası sona çatan zaman  
WAWebSiteSID Azure Webhosting Bu veb-sayt bəzən bir neçə serverə yayılan "Azure" buluduna əsaslanır. Bu "cookie" sessiya zamanı göndərdiyiniz bütün sorğuların server üzərində eyni veb-sayta paylanmasını təmin edir. İnternetdən istifadə sessiyası sona çatan zaman  
_ga Google Analytics "Google Analytics" tərəfindən hər bir ziyarətçi üçün unikal identifikatoru saxlamaq məqsədilə təyin edilir 2 il Quqlun "Google Analytics"lə bağlı məxfilik siyasəti ilə tanış olmaq üçün buraya daxil olun
_gid Google Analytics "Google Analytics" tərəfindən hər bir ziyarətçi üçün unikal identifikatoru saxlamaq məqsədilə təyin edilir. 1 gün Siz buraya daxil olaraq "Google Analytics" tərəfindən izənilməyi dayandıra bilərsiniz.
_dc_gtm_UA-49669834-18 Google Analytics "Google Analytics" tərəfindən bir neçə "Carlsberg" veb-saytı üzrə hər bir ziyarətçi üçün unikal identifikatoru saxlamaq məqsədilə təyin edilir. 1 gün Siz buraya daxil olaraq "Google Analytics" tərəfindən izənilməyi dayandıra bilərsiniz.
gat_UA-49669834-18 Google Analytics "Google Analytics" tərəfindən bir neçə "Carlsberg" veb-saytı üzrə hər bir ziyarətçi üçün unikal identifikatoru saxlamaq məqsədilə təyin edilir.    
__cfduid GetClicky Veb-statistika aləti 1 gün