Pivədə ən vacib daddır. Bununla belə, pivədən zövq almağımızın yeganə səbəbi bu deyil. Pivə həmçinin bizi rahatladan, digər şəxslər və özümüz haqqında yaxşı fikirləşməyə imkan verən sosial vasitədir. Yəni, müəyyən mənada. Biz bu müsbət duyğunu “Yaşıl zona” adlandırmışıq. Əgər siz bundan çox içirsinizsə, içkinin faydaları dərhal zərərə çevrilir.
“Carlsberg” şirkətində biz hər kəsin məsuliyyətli şəkildə davaranmaq bacarığına inanırıq. Biz maariflənməyə inanırıq. Öz yaşıl zonanı bilmək daha çox şadlanmaq, daha cəlbedici olmağa və daha yaxşı qərarlar qəbul etməyə kömək edəcəkdir. Əsas odur ki, daha yaxşı vaxt keçirin!
Dostlarınız, musiqi və komandanız üçün yaşıl zonanızda qalmalısınız… Ona görə yox ki, bunu sizə biz deyirik. Pivə bişirən şirkət kimi biz pivəni sevirik. Bununla belə, biz həm də bilirik ki, pivənin mükəmməl alınması yalnız onun necə bişirməkdən deyil, həm də ondan zövq almağınızdan asılıdır. Bu səbəbdən, biz bunun düzgün yolunu insanlara öyrətməyə, o cümlədən həqiqi, cəlbedici və başa düşülən yanaşmanın nəyə görə bunun ən yaxşı üsullarından biri olduğunu izah etməyə çalışırıq.
Məsuliyyətl ilə şadlanın – Yaşıl zonanızda qalın!
YAŞIL ZONANIZDA QALIN
Yaşıl zona alkoqolun “rahatlıq zonasıdır”. Burada içki içmək dostlarınızla keçirdiyiniz vaxtın bir hissəsini təşkil edir, şənlik üçün düzgün atmosfer yaradır və sosiallaşmağa kömək edir. Əslində, hamımızın pivəni sevməyin əsas səbəblərindən biri budur! Yaşıl zona hər birimiz üçün fərqlidir: o, başlanğıc üçün dözümlülük və çəki kimi amillərdən asılıdır. Yaşıl zonanın nə olduğunu bilmək öz sərhədlərini tanıyaraq içmək, gecədən və əyləncədən daha uzun müddət zövq almaq deməkdir. Həddindən artıq içmək, sürətlə içmək və yaşınız az olduğu halda içmək asanlıqla yaşıl xətti keçməyinizə, möhtəşəm gecənin peşman olduğunuz xatirəyə çevrilməsinə səbəb olacaqdır.
RİSKLİ VƏZİYYƏTLƏR
Nə qədər çox içsəniz, ətrafınızda baş verən dəyişikliklərə o qədər yavaş reaksiya verəcək və mühakimə etmək qabiliyyətiniz o qədər çox zəifləyəcəkdir. Verəcəyiniz qərarların özünüzün və digərlərinin təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıdığı “riskli” fəaliyyətlərlə məşğul olmayın.
KƏSKIN SƏRXOŞLUQ VƏ YA EPISODIK SƏRXOŞLUQ.
Tərifləri fərqli olsa da, Kəskin sərxoşluq və ya episodik sərxoşluq dedikdə, ümumilikdə, qısa müddət ərzində böyük miqdarda içki sərf edərək ağır şəkildə sərxoş olmaq nəzərdə tutulur. Kəskin sərxöşluq insana və onun ətrafındakılara qısamüddətli ciddi təsirlər göstərə, o cümlədən sağlamlığa zərər vura, qəzaya, beyin funksiyasının pozulmasına səbəb ola, könülsüz cinsi əlaqə, hətta ölümlə nəticələnə bilər. Həddindən artıq içmək heç vaxt doğru qərar ola bilməz.
NƏZARƏTİ İTİRMƏYİN
İçdiyiniz içkinin miqdarı və içmə sürətiniz, o cümlədən yediyiniz və ya içdiyiniz digər məhsullar ən azı qısamüddətli təsir yarada bilər. Şübhəniz yarandığı zaman içməyi dayandırın və nəzarəti itirmədiyinizdən, düzgün qərarlar verə bildiyinizdən əmin olduğunuz ana qədər gözləyin.
İÇMƏK HAMI ÜÇÜN DEYİL
Əksər insanlar mədəni, dini və ya digər fərdi səbəblərə görə içməməyi seçir. İçməmək qərarına hər zaman hörmətlə yanaşılmalıdır. Xəstə olduqda, özünüzü yaxşı hiss etmədikdə və ya yaxşı vəziyyətdə olmadıqda və içmək doğru qərar kimi səslənmədikdə içməyin yaxud az için. İçəməyinizi nəzarətdə saxlıya bilmirsinizsə, qətiyyən içməməlisiniz.
YAŞINIZ AZDIRSA, İÇMƏYİN
Əksər ölkələrdə spirtli içkilərin satın alınması və ya spirtli içkilərdən istifadə yaxud hər ikisi ilə bağlı minimum yaş həddi müəyyən edilib. Yetkinlik yaşına çatmamış şəxslərin spirtli içki alması və içməsi qanunsuz hesab olunur. Bu hal həmin şəxsin fiziki və psixi inkişafını zədəliyə bilər. Bəzi ərazilərdə içmək dini mərasimlərin və ya hətta bəzi ailəvi tədbirlərin bir hissəsini təşkil etdikdə yetkinlik yaşına çatmamış şəxslərin içki içməsi ilə bağlı istisnalar edilir. Yerli qanunları başa düşdüyünüzdən və onlara əməl etdiyinizdən əmin olun.
AVTOMOBİL İDARƏ ETMƏK
Hətta az miqdar spirtli içki avtomobil idarə etmək qabiliyyətinizə təsir göstərə bilər, buna görə ən yaxşı qərar avtomobil idarə edən zaman hər hansı spirtli içkidən istifadə etməməkdir.
İÇKİ VƏ HAMİLƏLİK
İçki içmək uşaq dünyaya gətirmək istəyən kişi və qadınlara təsir göstərə bilər. Ailə qurmaq istəyən kişi və qadınlar öz həkimləri ilə spirtli içki vərdişlərini müzakirə etməlidirlər. Hamiləlik dövrü ərzində içki içmək körpəyə mənfi təsir göstərə bilər. Hamiləlik zamanı içki içmək üçün müəyyən edilmiş hədd yoxdur. İçki içməmək yeganə doğru qərardır. Körpənin ana südü ilə qidalandığı müddət ərzində içki içmək körpəyə mənfi təsir göstərə bilər. Əgər hamiləsinizsə yaxud körpənizi ana südü ilə qidalandırırsınızsa, spirtli içki vərdişlərinizi həkiminizlə müzakirə etməyiniz xahiş olunur.